Logo

UFAZ-a qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə baxılır

08.08.2023 11:20 218 baxış
IMG

Bu gün Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı apellyasiya müraciətlərinə baxılır.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

İmtahanda 372 nəfər iştirak edib. Onlar riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar. İmtahanda ən çox bal toplamış 160 namizəd UFAZ-a qəbul olunacaq.

Xəbər lenti