Logo

DİM-dən dövlət qulluğunda fəaliyyətin davam etdirmək üçün imtahan verəcək namizədlərə MÜRACİƏT

08.08.2023 12:44 225 baxış
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə avqustun 13-də imtahan verəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti