Logo

UNEC-də distant formatda tədrisin təşkili ilə bağlı qaydalar hazırlanır

08.08.2023 23:28 333 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant (məsafədən) təhsilalma formasında tədrisin təşkili ilə bağlı qaydalar hazırlanır.

Tehsil.biz xəbər verir ki, bu barədə AzərTAC-a rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov məlumat verib.

Prorektor bildirib ki, qaydaların hazırlanmasında məqsəd ali təhsildə əlçatanlığın və səmərəliliyin təmin olunmasında müasir dövrün çağırışlarından hesab edilən distant təhsilalma formasının üstünlüklərindən yararlanmaqla, Azərbaycan Respublikasının təhsil qanunvericiliyi əsasında UNEC-də ali təhsilin bakalavriat səviyyəsi və əlavə təhsilin yenidən hazırlanma, təkrar ali təhsil, eyni zamanda, müxtəlif sertifikat proqramları üzrə distant təhsilin təşkil edilməsi və tənzimlənməsidir.

Xəbər lenti