Logo

Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO

09.08.2023 09:18 328 baxış
IMG

Avqustun 8-də Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzində fəaliyyət göstərən Aqrar İnkişaf könüllüləri Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Tehsil.biz xəbər verir ki, ekskursiyada mərkəzin baş fond mühafizi Elza Kazımova tərəfindən könüllülərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Daha sonra könüllülər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Xəbər lenti