Logo

Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub - FOTO

09.08.2023 09:48 173 baxış
IMG

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşları - Cavadov Amil Rafiq oğlu, Verdiyev Şahmar Niyazi oğluna vəsiqə və medallar təqdim olunub.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dövlət qulluqçularının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların daim dəyərləndirildiyini diqqətə çatdırıb. M.Qurbanlı dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Təltif olunmuş Komitə əməkdaşları çıxış edərək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti