Logo

Özbəkistandan gələn heyət Bakı Ali Neft Məktəbində - FOTO

09.08.2023 11:01 171 baxış
IMG

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu, Azərbaycan - Türkiyə - Özbəkistan İş Adamları Birliyi və “Qafqaz Akademy” firmasını təmsil edən nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.

Tehsil.biz xəbər verir ki, BANM-in kampusunu gəzən qonaqlara ali məktəb haqqında geniş məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi qısa müddətdə ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib, son iki ildə Prezident təqaüdçülərinin sayına görə rekorda imza atıb. Burada tədrisin istehsalatla sıx əlaqədə həyata keçirildiyi vurğulanıb.

Özbəkistanlı qonaqlar isə təmsil etdikləri institutun Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda maraqlı olduğunu bildiriblər. O cümlədən Bakı Ali Neft Məktəbinin təcrübəsindən yararlanmaq niyyətlərini bəyan ediblər.

Yeri gəlmişkən, nümayəndə heyətinin tərkibində professor – müəllim heyəti ilə yanaşı tələbələr də olub.

Xəbər lenti