Logo

Ümumi orta təhsil bazasında kolleclərə qəbul planı 99.52 faiz dolub

09.08.2023 12:45 214 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, 9 illik təhsil bazasında kolleclərə (dövlət ödənişsiz) Azərbaycan bölməsi üzrə 4409, rus bölməsi üzrə 164 nəfər olmaqla cəmi 4573 nəfər qəbul olub. Qəbul planı 4595 yer olub. Dövlət hesabına orta ixtisas təhsili müəssisələri üçün qəbul olma faizi 99.52 olub.

Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Xəbər lenti