Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə 1658 məktəbəqədər təhsil müəssisəsində 55 min 382 boş yer mövcuddur.
Məktəbəqədər təhsil müəssisələrinə 46 min 894 nəfər yeni qeydiyyat üçün müraciət edib. Onlardan 1868 nəfəri prioritetli - güzəşt olan müraciətçilərdir.
Avqustun 1-dən bu günədək ümumilikdə 42 min 73 uşaq üçün 53 min 212 növbə yaradılıb. Qeyd olunub ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür.