Logo

BDU-nun Tələbə Gənclər Təşkilatı yeni layihəyə başlayır

09.08.2023 16:14 407 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətimizi tanıyaq!” layihəsinə start verir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Layihənin əsas məqsədi gənclərdə Azərbaycanın zəngin mədəniyyətinə qarşı həvəsin artırılması və bu sahədə biliklərinin möhkəmlənməsidir.

Layihə çərçivəsində müxtəlif filmlər, musiqilər və s. kimi mədəniyyət nümunələrinə dair suallar BDU TGT-nin sosial media hesablarında paylaşılacaq, suallara doğru cavab verən gənclərə Azərbaycanın şair və yazıçılarının kitabları hədiyyə olunacaq.

Xəbər lenti