Logo

Naxçıvanda qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilib - FOTO

09.08.2023 17:00 184 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 9 avqust 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyətinin orqanlarının 37 nümayəndəsi iştirak edib.

Təlimi giriş nitqi ilə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova açıb.

Daha sonra Mərkəzin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi”, Mərkəzin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sahəsində təlimlər”, Mərkəzin Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun müdiri Sakit Əliyev isə “Dövlət qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatlar ediblər.

Təlimdə Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, “Dövlət Qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu-Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları, dövlət qulluğu sahəsində təlimlər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr edilib, iştirakçıların sualları cavablandırılıb.

1

1

Xəbər lenti