Avqustun 9-dan Elm və Təhsil Nazirliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsini elan edir.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinə təqdim olunacaq layihə sənədlərinin (layihə təklifi forması, CV forması, iştirak sənədləri) qəbulu 15 sentyabr tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.