Logo

İtaliyanın Korbetta şəhər meri: “Azərbaycan musiqisi San-Remoda yüksək səviyyədə nümayiş etdirildi”

09.08.2023 19:42 358 baxış
IMG

İtaliyanın Korbetta şəhər meri Marko Ballarini “Heydər Əliyev İli” çərçivəsində San-Remoda təşkil edilmiş “O Patro Mia” adlı konsertə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan diasporuna təşəkkürünü bildirib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Marko Ballarını bildirib ki, konsert çox gözəl keçib: “Azərbaycanın musiqisi, yüksək mədəniyyəti İtaliyanın Liguriya bölgəsinin San-Remo şəhərinə gətirilib. Bordiqera şəhər Simfonik Orkestrini, musiqiçiləri, ələlxüsus da bu cür gözəl konserti San-Remoda təşkil etdiklərinə görə Azərbaycan diasporunu təbrik edirəm”.

  1. nəzərə çatdırıb ki, Azərbaycan bir çox sahələri, o cümlədən mədəniyyəti və incəsənəti ilə məşhurdur: “Bu, çox önəmlidir. Mən dəfələrlə Azərbaycanın İtaliyadakı möhtəşəm mədəniyyət tədbirlərində iştirak etmişəm. Azərbaycan diasporunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində mədəniyyət tədbirlərinizin İtaliyada təşkil edilməsi çox gözəl haldır və hər zaman bunu yüksək dəyərləndirmək lazımdır”.

Qeyd edək ki, San-Remo şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, bəstəkar-musiqiçi Stefano Muskaritolonun təşkilatçılığı ilə gerçəkləşdirilib.

Xatırladaq ki, Marko Ballarini xalqımıza dost münasibəti ilə seçilən İtaliya merlərindən biridir. 44 günlük Vətən müharibəsi dövründə mer öz “Facebook” səhifəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, xalqımızla həmrəy olduğunu bəyan etmişdi və Ermənistanın təcavüzkar siyasətini pisləmişdi. Azərbaycanın parlaq qələbəsi ilə başa çatan müharibədən sonra isə Korbetta şəhər meriyasında “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin adından zəngin mədəniyyətimizi əks etdirən milli suvenirlər, o cümlədən Qarabağın və Şuşanın azadlıq rəmzinə çevrilmiş “Xarıbülbül” nişanı merə təqdim edilib.

Xəbər lenti