Logo

ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nizami Muzeyini ziyarət edib - FOTO

09.08.2023 20:07 372 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edən Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Muzeyin Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verərək, əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış edib, bu ədəbiyyatı yaratmış görkəmli şəxsiyyətlərin ana dilimiz, milli ədəbiyyatımız və mətbuatımız uğrunda göstərdiyi fəaliyyəti diqqətə çatdırıb.

Hüqo Gevara muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər, xatirə əşyalarına böyük maraqla tamaşa edərək, belə bir muzeyin yaradılmasının Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu qeyd edib. O, Nizami muzeyinin timsalında Azərbaycan xalqının öz milli sərvətlərinə necə qayğı ilə sahib çıxdığının bir daha şahidi olduğunu söyləyib. Aldığı hər bir məlumatı böyük həvəs və maraqla dinləyən qonaq Nizami muzeyinin həqiqətən dünya səviyyəli bir mədəniyyət ocağı olduğunu vurğulayıb. Sonra Hüqo Gevara öz ürək sözlərini muzeyin fəxri qonaqlar kitabına yazıb: “Azərbaycan incəsənətinə və poeziyasına hörmət bəsləyən nə gözəl muzey!”

Sonda qonağa müxtəlif kitablar və bukletlər hədiyyə olunub.

Xəbər lenti