Logo

Məktəbdə dərnəklərin təşkili üçün cədvəl necə hazırlanır? - QAYDA

10.08.2023 09:53 11151 baxış
IMG

Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili” Qaydası “Tәhsil haqqında” Azәrbaycan Respublikası Qanununun maddәlәrinә və “Ümumtәhsil mәktәbinin Nümunәvi Nizamnamәsi”nə әsasәn hazırlanıb vә ümumtәhsil mәktәblәrindә büdcә vәsaiti hesabına maliyyәlәşdirilmәsi nәzәrdә tutulan dәrnәklәrin tәşkili qaydalarını tәnzimlәyir.

Tehsil.biz xəbər verir ki, qaydalara əsasən, hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun olmaqla, tәhsilalanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdris maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir.

Dәrnәklәr bir qayda olaraq fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır.

Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir dәrnәyә rәhbәr tәyin olunarkәn (müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis) onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) mütləq nәzәrә alınır. Dərnək rəhbərinin məktəbdən seçilməsi şərt deyil. Dərnəklərdəki dərslərə nəzarət məktəb direktoru və direktor müavinlərindən birinə həvalə edilir:

“Dәrnәklәrin ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılması o deməkdir ki, bu, sinif sayından asılı olaraq dəyişir. 5-10 sinif olduqda 0.5 stavka, 10-20 olduqda 1 stavka, 20-40olduqda 1,5 stavka, 40-dan çox olduqda isə 2 stavka nəzərdə tutulur. Əvvələr ərizə dərnəyə üzv olan şagirdlərdən alınırdı, indi isə artıq yeni təlimata əsasən valideynlərdən alınır. 2019/2020-ci dərs ili üçün dərnək işinin təşkili ilə bağlı bütün sənədlər 1 stavka saat fərqi ilə (12 saat əvəzinə 18 saatla) uyğunlaşdırılıb tərtib edilməlidir”.

Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir.

“Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Nəzərinizə çatdırım ki, 1 stavka dərnək 18 saatdır. 1 stavka dərnək maksimum 4 müəllim arasında bölünə bilər. Dərnəklərin cədvəli məktəbin maddi-texniki bazasına uyğun olaraq məktəb rəhbəri tərəfindən müəyyənləşdirilsə də, mütləq müəllimlə razılaşdırıldıqdan sonra təsdiqlənir. Cədvəl hazırlanan zaman saatlar arası tənəffüslər nəzərə alınmır. Bir dərnək saatının müddəti 45 dəqiqəyə bərabərdir”.

Dərnəyə ayrılan 1 stavka (18 saat) dərs yükü müvafiq olaraq 2, 3 və yaxud 4 dərnək rəhbəri arasında bölüşdürülə bilər. Bu zaman 1stavka (18 saat) dərs yükü 2 dərnək rəhbəri arasında 9 saat, 3 dərnək rəhbəri arasında 6 saat, 4 dərnək rəhbəri arasında isə 4,5 saat olmaqla tənzimlənir.

Həftəlik 0,25 stavka dərs yükü olan dərnək rəhbərləri üçün cədvəl aşağıdakı nümunələrə uyğun qaydada qurulur.

Qeyd edək ki, nümunələrdə qeyd olunan həftə günləri və saatlar şərtidir.

Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) – 1

I gün- 14:00-15:10 – 1,5 saat

III gün- 14:00-15:10 - 1,5 saat

V gün- 14:00-15:10 – 1,5 saat

Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 3 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.

Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) - 2

0,25 stavka dərnək saatı olan müəllim üçün cədvəl aşağıdakı qaydada qurulur:

I gün-14:00-15:10 – 1,5 saat

VI gün-10:00-12:25 – 3 saat

Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 2 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.

Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) - 3

I gün-13:00-14:55 – 2,5 saat

III gün 13:00-14:30 – 2 saat

Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 2 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.

Həftəlik 0.5 stavka dərs yükü olan dərnək rəhbərləri üçün cədvəl aşağıdakı nümunələrə uyğun qaydada qurulur.

Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.5 stavka) - 4

I gün – 13:30-15:25 – 3 saat

III gün – 13:30-15:25 – 3 saat

VI gün – 13:30-15:25 – 3 saat

Qeyd edək ki, mәktәblərdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu qaydalardan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr.

Xəbər lenti