Logo

BANM-in keyfiyyət təminatı məsələləri beynəlxalq proqramda müzakirə edilib - FOTO

10.08.2023 12:42 342 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli Böyük Britaniyanın Keyfiyyətin Təminatı Agentliyi tərəfindən təşkil edilən Beynəlxalq Keyfiyyət Təminatı Proqramında iştirak edib.

Tehsil.biz xəbər verir ki, Böyük Britaniyanın London şəhərində keçirilən bu tədbir dünyanın müxtəlif ölkələrində təhsildə keyfiyyətin təminatı sahəsində çalışan peşəkarları bir araya cəmləyən bir proqramdır. Proqram çərçivəsində Ali təhsildə keyfiyyətin təminatı, əsas terminologiya, prinsiplər və əsaslar, Böyük Britaniyanın ali təhsil modeli, Böyük Britaniyadan kənar modellər, təhsildə səmərəliliyin monitorinqi və qiymətləndirilməsi, keyfiyyət siyasəti və kodeksi, Avropa Standartları və Təlimatları kimi mövzular geniş müzakirə olunub.

Hər bir təlim çərçivəsində nümayəndələr qruplara bölünərək vorkşoplarda iştirak edib və tapşırıqları yerinə yetiriblər. Real təcrübənin öyrənilməsi üçün London Universiteti və London Kral Kollecinə (Kings College) səfərlər təşkil olunub. Universitetlərin Keyfiyyətin təminatı (KT) menecerləri müvafiq təqdimatlar ediblər.

Proqramın son günündə, nümayəndələr qruplara bölünərək layihə tapşırığına əsasən təqdimat hazırlayıblar.

Yekunda KTA tərəfindən sertifikatlat təqdim edilib. Eyni zamanda BANM-in gələcək beynəlxalq akkreditasiyası üçün zəruri məsələlər müzakirə olunub və tövsiyələr alınıb. Ali Məktəbin daxili keyfiyyət təminatı istiqamətində də fərdi tövsiyələr geniş müzakirə edilib.

Xəbər lenti