Logo

BDU-nun magistraturasına qəbul olanlardan 33 nəfəri 90-dan yuxarı bal toplayıb

10.08.2023 15:12 374 baxış
IMG

2023-2024-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olanlardan 33 nəfəri 90-dan yuxarı bal toplayıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, universitetin magistratura səviyyəsinə qəbul planı 91.24 faiz dolub.

Xatırladaq ki, 1035 nəfər qeydiyyatdan keçib. Universitet üzrə ən yüksək nəticə balı 97-dir. Bu nəticəni Lalə Nəbiyeva (Kommersiya hüququ - tədris ingilis dilində) və Fidan Abiyeva (Beynəlxalq iqtisadi hüquq) göstərib.

Xəbər lenti