Logo

UNEC-in əməkdaşı Siyasi Tədqiqat üzrə Avropa Konsorsiumunda tədqiqatçı kimi fəaliyyət göstərəcək

10.08.2023 16:48 369 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Avropanın nüfuzlu Siyasi Tədqiqat üzrə Avropa Konsorsiumunda (ECPR) siyasi tədqiqatçı kimi fəaliyyət göstərəcək.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, N.Hacıyeva ECPR-ə Avropa İttifaqının siyasəti, enerji təhlükəsizliyi, beynəlxalq miqrasiya, münaqişələrin idarə edilməsi, eləcə də beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı şərhlər təqdim edəcək.

Xatırladaq ki, N.Hacıyeva İsveçrə Konfederasiyasının nüfuzlu İsveçrə Siyasi Elmlər Assosiasiyasının “Empirik Metodlar” İşçi qrupunun direktorudur və 2024-cü ildə İsveçrənin Saint-Qallen Universitetində demokratiyaya dair təşkil olunacaq beynəlxalq-siyasi konfransın təşkilat komitəsinin üzvü və empirik tədqiqatlara dair konfrans panellərinin rəhbəridir.

Xəbər lenti