Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba tədris, idman və istirahət kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən yay oxuları davam edir.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, yay günləri UNEC ailəsinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkilinə xidmət edən yay oxularının növbəti günündə görkəmli alman yazıçısı, tərcüməçi, ssenarist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henrix Böllün əsərləri mütaliə edilib.
Tələbə İşləri Mərkəzinin direktoru, UNEC Sabah Mərkəzinin dekanı, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları və müəllimlər mütaliə olunan hekayələrdə H.Böllün çatdırdığı düşündürücü, heç kəsi laqeyd buraxmayan mühüm mətləblər haqqında müzakirələr aparıblar.