"II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var.
"290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb", - DİM sədri bildirib.
Kənan Nağıbəyli