"II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var", - deyə DİM sədri əıavə edib.
Kənan Nağıbəyli