Logo

BDU-da antibakterial makroheterotsikllərin sintezi və tətbiqi üzrə tədqiqatlar aparılır

11.08.2023 11:40 310 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) antibakterial makroheterotsikllərin sintezi və tətbiqi üzrə uğurlu tədqiqatlar aparılır.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə, Biotibbi materiallar ICESCO kafedrasının müdiri Ülviyyə Həsənova, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Qönçə Eyvazova, Molekulyar biologiya və biotexnologiya kafedrasının baş müəllimi Sənəm Hüseynovanın həmmüəllifi olduqları məqalə həmin tədqiqata həsr olunub. Məqalə “Journal of Materials Chemistry B” (IF: 7.0, Q1 kateqoriyalı) nəşrində yer alıb.

Tədqiqat işi qırx üzvlü makroheterotsiklin sintezinə, onun maqnit nanohissəcikləri ilə nanostrukturlaşdırılmasına və alınan ansamblın tədqiqinə həsr edilib.

Xəbər lenti