Logo

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

11.08.2023 16:57 356 baxış
IMG

Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavriat pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

İmtahanda iştirak etmək üçün 421 nəfər abituriyent qeydiyyatdan keçib və onlardan 372 nəfər imtahanda iştirak edib. Yekun nəticələrə əsasən, UFAZ-ın təklif etdiyi dövlət sifarişli 160 yerin hamısı dolub.

İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Elm və Təhsil Nazirliyi UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

UFAZ-ı bitirən tələbələrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı, Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomları verilir.

UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir və qəbul bu ildən etibarən tam dövlət sifarişli əsaslarla aparılır.

Xəbər lenti