Logo

Peşə məktəblərinə sənəd verənlərin sayı açıqlanıb

11.08.2023 18:44 260 baxış
IMG

11 avqust 18:00-dan etibarən 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, 28 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 24 090 nəfərdən 75 140 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

Müsabiqənin nəticələrinin 21 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 1–5 sentyabr tarixlərində baş tutması planlaşdırılır. Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılıb.

Xəbər lenti