Logo

Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99, 97 faiz dolub

11.08.2023 22:04 371 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99,97 faiz dolub.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üçün qəbul planı 9201 yer olub. Azərbaycan bölməsi üzrə 8921, rus bölməsi üzrə 277 nəfər olmaqla cəmi 9198 nəfər qəbul olub.

Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Xəbər lenti