Logo

Astarada uşaqlar üçün “Nağıl saatı” keçirilib - FOTO

12.08.2023 10:18 437 baxış
IMG

Avqustun 10-da Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı uşaq bağçasında uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıl saatı” keçirilib.

Tehsil.biz xəbər verir ki, “Nağıl saatı”nda kitabxananın əməkdaşı Aysel Əhmədova uşaqlar üçün “Quzu”, “Qoğal” və “Tıq tıq xanım” nağıllarını oxuyub.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.

Yekunda “Nağıl saatı”nda fəal iştirak edən uşaqlara jurnallar hədiyyə olunub.

Xəbər lenti