Logo

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul planı 89,49 faiz dolub

12.08.2023 11:55 239 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul planı 89,49 faiz dolub.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün qəbul planı 1551 yer olub. Azərbaycan bölməsi üzrə 1312, rus bölməsi üzrə 76 nəfər olmaqla cəmi 1388 nəfər qəbul olub.

Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti