Logo

Emin Əmrullayev Zaqatalada vətəndaşları qəbul edəcək

12.08.2023 13:46 505 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 30-da Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Həmin rayonların sakinləri avqustun 15-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Xəbər lenti