Logo

Son üç ildə peşə məktəblərinə müraciət edənlərin sayı iki dəfə artıb

12.08.2023 19:42 2134 baxış
IMG

2020-2024-cü illər ərzində peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, peşə təhsili müəssisələrinə 2020-ci ildə 11 min 814, 2021-ci ildə 14 min 876, 2022-ci ildə 22 min 16, 2023-cü ildə isə 24 min 90 nəfər müraciət edib.

Xatırladaq ki, 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1-dən 5-dək həyata keçirilməsi planlaşdırılır.

2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb.

Xəbər lenti