Logo

Sabahdan kolleclərə sənəd qəbulu başlayır

13.08.2023 12:38 350 baxış
IMG

Sabah saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbər lenti