Logo

İkili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü olub - FOTO

14.08.2023 09:41 487 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti onlayn görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və hər iki universitetin rəhbərləri iştirak ediblər.

İclas zamani Azərbaycan Dövlət Aqrar Universitetindən Ege Universitetinə gedən tələbələrin bir illik tədris və orentasiya proqramı haqqında məlumat verilib.

Xəbər lenti