Logo

BDU ilə Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

14.08.2023 14:07 442 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Protokolu BDU-nun rektoru Elçin Babayev və Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıblar. Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Universitetdə beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti