Bakı Dövlət Universiteti (BDU) 2023-2024-cü tədris ili üçün magistratura üzrə boş qalan yerlərə qəbul olmaq üçün avqustun 14-dən 20-dək ixtisaslaşma seçimi elan edir.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Boş qalan yerlərə qəbul fevralın 19-da və iyunun 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 20-si saat 23.59-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub.