Logo

Diaspor gənclərinin azərbaycanlı jurnalistlərlə maraqlı debatı təşkil olunub - FOTO

14.08.2023 17:51 185 baxış
IMG

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.

Tehsil.biz xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbruz Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Mətbuat Şurasının üzvü Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.

Panelistlərlə debat zamanı diaspor gənclərinin fəaliyyət istiqamətləri, xarici ölkələrdəki platformalara çıxış imkanları, Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, diaspor gənclərinin missiyası və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fikir müxtəlifliyi ilə müşayiət olunan qızğın diskussiyanın gedişində “diaspor gənci xaricdə necə fəaliyyət göstərməlidir, Azərbaycana hansı faydaları verməlidir, yaşadığı ölkəyə necə inteqrasiya olunmalıdır, dilimizi, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qoruyub saxlamalıdır” və başqa suallara aydınlıq gətirilib.

Xəbər lenti