Logo

ADNSU: "5-ci beynəlxalq yay məktəbi başa çatıb"

14.08.2023 18:13 453 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Alman Akademik Mübadilə Xidməti tərəfindən “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən 5-ci beynəlxalq yay məktəbi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Yay məktəbinə Azərbaycandan 5, Almaniyadan 10 tələbə qatılıb. Yay məktəbi müddətində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. Onlar BP-nin və SOCAR-ın baş ofislərində, Heydər Əliyev Mərkəzində, Şəkidə, Şuşada ekskursiyada olublar.

Eyni zamanda, tələbələr yay məktəbinin mövzusuna uyğun olaraq mühazirələr dinləyiblər.

Xəbər lenti