Logo

Kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin analizi aparılır

15.08.2023 15:51 359 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin analizi” mövzusunda məruzə dinlənilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun doktorantı Araz Mustafa mövzuya dair çıxışında son dövrlərdə sosial təyinatlı kiber-fiziki sistemlərlə fərdlərin qarşılıqlı əlaqəsinin sürətli inkişafının bu sistemlərdə fərdi məlumatların toplanması, saxlanması, emalı və istifadəsi zamanı təhlükəsizlik və gizlilik prinsiplərinin tədqiq edilməsi məsələlərini ortaya çıxardığını bildirib. O, müvafiq tədqiqat işində sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin təhlil edilərək təsnifatlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, internet insanların informasiya ilə qarşılıqlı münasibətlərini dəyişdirdiyi kimi, kiber-fiziki sistemlər də insanların ətraf mühitlə və əhatə olunduqları texniki sistemlərlə qarşılıqlı münasibətlərini dəyişdirməkdədir. Artıq demək olar ki, bütün müasir tipli, müxtəlif təyinatlı binaların, həmçinin şəhərlər, nəqliyyat sistemləri, aeroportlar, tibbi avadanlıq və s. kimi qurğu və tikintilərin layihələndirilməsi zamanı sosial təyinatlı kiber-fiziki sistemlər mühəndislər tərəfindən nəzərə alınır. Bu sistemlər özünü sinxronlaşdıran, paralel icraedici, fiziki səviyyədə müəyyən qədər təsir edə bilən və qismən idrak edə bilən fiziki sistemlərdir. Eyni zamanda, bu sistemlər vasitəsilə emal və analiz məqsədilə məlumatların toplanması və ötürülməsi prosesləri də baş verir. Fərdlər və subyektlərdən mütəmadi olaraq məlumatlar toplanılır və müəyyən bazalarda saxlanılır.

Xəbər lenti