Logo

Dövlət Komitəsinin sədri Ağstafada vətəndaşları qəbul edib

15.08.2023 19:01 257 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı avqustun 15-də Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Tehsil.biz xəbər verir ki, qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Ağstafa Rayon  İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi,  dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti