Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilində magistraturanın II kursunda 1398 nəfər təhsil alacaq.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Qeyd edək ki, universitetdə magistratura pilləsində tədrisin təşkilinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübələrinə cəlb olunurlar.