Ötən həftə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyilə Azərbaycanda peşə təhsili və təlimi sistemində XXI-ci əsrin tələblərinə cavab verən pedaqoji kadr hazırlığına dəstək verilməsi üçün “Peşə təhsili müəssisələrinin heyətinin “eTwinning” layihəsinə cəlbi, layihə əsaslı öyrənmə və layihə metodikasının tətbiqi“ üzrə seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, Gəncə şəhərində keçirilən seminarda 8 Peşə təhsili müəssisəsindən 18 nəfər müəllim iştirak edib.
Seminarin keçirilməsinin əsas məqsədi öndəgedən təcrübələrin öyrənilməsi, seçilmiş heyətin əldə etdikləri bilik və bacarılqarı e-Twinning rəqəmsal platformasında tətbiq etməklə, Avropa İttifaqının PTM-lər ilə əməkdaşlıq çərçivəsində birgə layihələri icra etməsi və uğurlu müəllimələrin sözügedən ölkələrə səfər edib, yerində öyrənməsinə və ümumilikdə müəllimlərin mübadiləsinə dəstək olmaqdır.
Müəllimlər platforma üzrə layihə əsaslı dərs modelinin qurulması və onlayn peşəkar inkişaf imkanları ilə tanış olublar, həmçinin seminarın nəticəsi olaraq platforma üzrə ortaq dərs modelləri yaradılıb.