Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Təhsil.biz xəbər verir ki, DİM-in martın 21-i saat 12:10-a olan göstəricilərinə əsasən, müsahibədə 138 nəfər uğur qazanıb. Onlardan 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 17-si Şəki Apelyasiya, 11-i Bakı şəhəri Nizami Rayon məhkəməsində, digərləri isə müxtəlif dövlət orqanlarında vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.