Logo

Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub

16.08.2023 23:24 540 baxış
IMG

Əzimov Orxan Rasim oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri təyin olunub.

Tehsil.biz xəbər verir ki, Orxan Əzimov 2014-ci ildə bakalavr səviyyəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini, 2017-ci ildə isə magistr səviyyəsi üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası üzrə müəllim kimi fəaliyyət göstərib.

2018-2022-ci  illərdə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində, 19 may 2022-ci il tarixindən isə Lənkəran- Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Xəbər lenti