2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistraturasında 61 gənc təhsil alacaq.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
UFAZ-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər və layihələr reallaşdırılır.
Azərbaycan-Fransız Universitetini bitirdikdə tələbələr ADNSU ilə yanaşı, Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomlarını alırlar.