Logo

ADPU nəzdində Pedaqoji Kollecin qəbul planı 99,5 faiz dolub

18.08.2023 13:03 415 baxış
IMG

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul prosesinin I mərhələsi başa çatıb. Cari tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, qəbulun I turunun nəticələrinə əsasən, 627 nəfər ADPK-nı seçib, cəmi 3 yer boş qalıb. Bu da qəbul planının 99.53 faizini təşkil edir.

Qeyd edək ki, qəbul olunanlardan 345 nəfəri ödənişli, 280 nəfəri (44,7 faiz) dövlət hesabına təhsil alacaq. Ən yüksək qəbul balı 300-dən 234,1-dir.

Xəbər lenti