Logo

Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib

18.08.2023 16:39 185 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilib.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilərlər.

Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.

Dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir. Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.

Xəbər lenti