Logo

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə günü də fəaliyyət göstərəcək

18.08.2023 19:00 323 baxış
IMG

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Abituriyent və valideynlər tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq onlara ixtisas seçimi ilə bağlı kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” avqustun 19-da – şənbə günü də fəaliyyət göstərəcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərir.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.

Xəbər lenti