Logo

Portuqaliya Universitetinin nümayəndələri BANM-də olub - FOTO

20.08.2023 10:45 377 baxış
IMG

Portuqaliyanın Bragança Politexnik İnstitutunun Kimya və biologiya texnologiyaları departamentinin professoru Helder Teixeira Qomesin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.

Tehsil.biz xəbər verir ki, ali məktəbin kampusu ilə tanışlıqdan sonra BANM-in Kimya mühəndisliyi kafedrasının baş müəllimi Rima Quliyeva və Erasmus+ ofisinin əməkdaşları ilə görüş keçirilib. 

Görüşdə iki ali #təhsil müəssisəsi arasında Kimya mühəndisliyi ilə bağlı yeni proqramların həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin hazırlanması, əlaqələrin gücləndirilməsi, xüsusilə tələbə-işçi mübadilələrinin artırılması, həmçinin  qarşılıqlı maraq kəsb edən digər perspektiv məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti