Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (14.08.2023-20.08.2023) 27 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 832 071 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, 10 295 nəfər vəfat edib, aktiv xəstə sayı 29 nəfərdir.
Ölkədə son həftə ərzində 2516, hazırkı dövrədək isə 7 668 437 test aparılıb.