Logo

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 3 nəfər Rumıniyada təhsil imkanı qazanıb

22.08.2023 16:33 222 baxış
IMG

2023–2024-cü tədris ili üzrə Rumıniya universitetlərində təhsilə dair keçirilmiş müsabiqə nəticəsində 3 nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qaliblər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Rumıniyanın “University of Bucharest”, “Babes-Bolyai” və “University of Cluj-Napoca” adlı ali təhsil müəssisələrində informasiya texnologiyaları və humanitar-sosial elmlər sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların aylıq təqaüdləri, təhsil, yataqxana və tibbi sığorta xərcləri Rumıniya, yol xərcləri isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

Müvafiq təqaüd proqramı barədə elan 2023-cü il aprelin 13-də verilib.

Xəbər lenti