Logo

ADNSU-nun magistraturasında üç minədək gənc təhsil alacaq

22.08.2023 19:12 304 baxış
IMG

2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) magistraturada 3 minədək gənc təhsil alacaq.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

ADNSU-da tədrisin yeniləşdirilməsi istiqamətində mühüm layihələr reallaşdırılır. Tələbələrin nəzəri biliklərinin inkişafı ilə yanaşı, onların istehsalat təcrübələri keçmələrinə də xüsusi önəm verilir. Xatırladaq ki, bu il universitetin 1300-dən çox tələbəsi müxtəlif müəssisələrdə yay təcrübələrində olub.

Xəbər lenti