Logo

Alimlər kosmosda həyatın yaranması üçün “ideal beşik” aşkarlayıblar

24.03.2021 09:56 114 baxış
IMG

Kampinas Universitetindən (San-Paulu ştatı, Braziliya) olan alimlərin fikrincə, Saturnun ən böyük peyklərindən birində həyatın meydana gəlməsi üçün şərait yarana bilər. Tədqiqatın nəticələri "Science” nəşrində dərc edilib.


AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, Titanın səthi üzvi karbohidrogenlərlə, habelə buz qatı ilə örtülüdür. Buz qatının altında - peykin səthindən təqribən yüz kilometr aşağıda okean yerləşir.


Alimlərin gəldiyi qənaətə görə, peyklə toqquşan asteroid və ya kometa buz qatını deşə bilər ki, bu da yaranmış kraterdə su ilə üzvi maddənin qarışmasına səbəb olar. Bütün bunlar birhüceyrəli orqanizmlərin yaranmasına gətirib çıxara bilər, çünki isti su müvafiq proses üçün ən münbit şəraiti yaradır.

Xəbər lenti