Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər avqustun 23-30-da (saat 17:00-dək) qeydiyyatdan keçməlidirlər.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədən keçən şəxslər aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməlidirlər:
- attestatın əsli;
- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.